Netflix yayım şirkəti ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə əməkdaşlıq etməyə başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə yayım şirkəti "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Netflix kosmosu evə bir az da yaxınlaşdırmaq üçün NASA ilə əməkdaşlıq edir”, - deyə paylaşımda qeyd olunub.

Şirkət qeyd edib ki, 2025-ci ilin yayından başlayaraq onlar raket buraxılışlarını, kosmosa gedən astronavtları, missiya hesabatlarını və Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerin nəfəs kəsən mənzərələrini canlı yayımlamağa başlayacaqlar.