Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində ölən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, vida mərasimində mərhumların ailə üzvləri, yaxınları, Ağdam və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Səfərov qardaşları Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.
***
10:05
Ağcabədidə Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilir.
"Unikal" xəbər verir ki, vida mərasimində mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Səfərov qardaşları Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunacaqlar.
***
09:02
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri səhər saatlarında dəfn üçün Ağcabədi rayonuna gətirilib.
"Unikal" xəbər verir ki, Ağcabədi şəhəri Xəlfələddin küçəsində keçiriləcək vida mərasimindən sonra mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.