İspaniyanın “Barselona” komandasının futbolçusu Ansu Fati Fransa təmsilçisi “Monako”ya keçib.

"Unikal" xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı oyunçu qarşıdakı bir il ərzində icarə əsasında Liqa 1 təmsilçisinin formasını geyinəcək.

“Barselona”, həmçinin A.Fati ilə müqavilənin müddətini 2028-ci ilin yayınadək uzadıb.