İsveç Ukraynaya dəstək üçün təxminən 1,67 milyard kron (180 milyon dollar) göndərəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.
Bildirilir ki, hökumət həmçinin Əfqanıstanla əməkdaşlıq proqramını və Asiya və Okeaniya ölkələri ilə regional inkişaf əməkdaşlıq strategiyasını mərhələli şəkildə ləğv etmək qərarına gəlib. Bildirilən məqsəd iqtisadi yardımdan ticarətə keçməkdir.