Hindistanın cənubundakı Telanqana ştatında “Sigachi Industries” kimyəvi zavodunda partlayış baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, baş vermiş partlayış nəticəsində 34 nəfər ölüb. 

 Məlumata görə, onlarla yaralı xəstəxanaya yerləşdirilib. Ştat hökuməti hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib.