"Sputnik Azərbaycan"ın redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov Ukraynanın "Mirotvorets" Mərkəzinin saytının məlumat bazasına daxil edilib.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Sayt "qara siyahı"ya daxil edilən jurnalistlərin müharibə təbliğatı ilə məşğul olduqlarını bildirib.
Onların adları iyulun 1-də, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan bir gün sonra saytda yer alıb.
Ağarza Elçinoğlu