Xaçmazda qətl törədən şəxs saxlanıldı.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, 43 yaşlı K.Lətifovanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun oğulu 15 yaşlı E.Lətifov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

XXX

19:58

Xaçmazda yeniyetmə anasını bıçaqlayaraq qətlə yetirib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz rayonunun Qadaşoba kəndində baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızı yeniyetmə oğlu tərəfindən çoxsaylı bıçaq zərbələri alaraq qətlə yetirilib.  

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca