Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın mümkün deportasiyası ilə bağlı açıqlamasına münasibət bildirib.

"Unikal" xəbər verir ki, Mask "X" sosial şəbəkə hesabında vəziyyəti gərginləşdirə biləcəyini, lakin hələlik təmkinliyə üstünlük verdiyini yazıb.

"Vəziyyəti gərginləşdirmək çox münasibdir. Amma mən hələlik dayanacağam", - deyə Mask yazıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Elon Maskın deportasiya edilmə ehtimalını istisna etməyib.