Konstitusiya Məhkəməsinə 4 yeni hakim təyin olunacaq.

"Unikal" xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasının sabah keçiriləcək iclasında Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq.