Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanda saxlanılan rusiyalılara konsulluq xidmətinin təmin edildiyini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Konsulluq girişi təmin olunub", - diplomatik nümayəndəlikdən bildirilib.
Hələlik təfərrüatlar açıqlanmayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, konsulluq əməkdaşlarının Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı ilə görüşü razılaşdırılıb.
***15:36
Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşına konsulluq əməkdaşlarının girişi razılaşdırılıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, konsulluq işçilərin Azərbaycanda saxlanılan ruslarla görüşməsi razılaşdırılıb.
Gülayə Mecid