"Ford Motor Company" qəza riskini artıran arxa görüntü kameralarının nasazlığına səbəb olan proqram səhvinə görə 200.000-dən çox avtomobili geri çağırmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Bildirilir ki, geri çağırma bildirişinə görə, 2018-2024-cü illər arasında istehsal edilmiş bir çox "Ford" modelləri proqram təminatının nasazlığından təsirlənir.
"Təsirə məruz qalan avtomobillərin sahibləri proqram yeniləmələrini almaq üçün "Ford" dilerləri ilə əlaqə saxlaya bilərlər", - məlumatda qeyd olunur.
Gülayə Mecid