Türkiyənin “Qalatasaray” klubu Matias Rossla yollarını ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danimarkalı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Qalatasaray” Matias Rossu 2022-ci ilin yayında “Olborq”dan transfer edib. 24 yaşlı futbolçu ötən mövsüm icarə əsasında Çexiyanın “Sparta” klubunun formasını geyinib.