Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı Kitabxanası Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (IFLA) platformasına üzv qəbul edilib.

"Unikal"
xəbər verir ki, bu platforma dünya kitabxanaları arasında elmi resurs mübadiləsini təmin edən qlobal şəbəkədir. ADAU-nun bu sistemə qoşulması tələbə və müəllimlər üçün beynəlxalq elmi resurslara birbaşa çıxış, eləcə də akademik əməkdaşlıqların genişlənməsi deməkdir.

Qeyd edək ki, platformada Azərbaycandan seçilmiş cəmi 6 kitabxana arasında ADAU-nun Əsaslı Kitabxanasının da yer alması onun beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.

https://rscvd.ifla.org/participate/rscvd-library-directory/