"Rusiya diplomatları Azərbaycan tərəfi ilə daim əlaqə saxlayır və saxlanılan rusların maraqlarını müdafiə edirlər". 

"Unikal" xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Rusiya ilə Azərbaycan arasında dialoqun səviyyəsi ilə bağlı sualı cavablandırarkən deyib:

Onun sözlərinə görə, Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov Azərbaycanın baş prokuroru Kamran Əliyevlə əlaqə saxlayırlar.

O qeyd edib ki, yaranan problemlər şübhəsiz ki, konstruktiv şəkildə həll edilməlidir. Peskov əlavə edib ki, Moskva və Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır.

"Biz tərəfdar olaraq qalırıq. Hesab edirik ki, Rusiya və Azərbaycan ən yaxın tərəfdaşlardır, müttəfiqlərdir". 

Gülayə Mecid