İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın ticarət nümayəndəliyinə hücumla bağlı müvəqqəti işlər vəkilini çağırmışdı.
İyulun 5-də Rusiyanın Stokholmdakı səfirliyi İsveçdəki Rusiya Ticarət Nümayəndəliyinin binasına növbəti hücum barədə məlumat verib. Müəyyən edilib ki, Ticarət Nümayəndəliyinin ərazisinə pilotsuz uçuş aparatından boya paketi atılıb.
Ağarza Elçinoğlu