Silk Road Group, Silknet və Euronews Georgia kimi bir sıra iri şirkətlərin təsisçisi və sahibi, gürcü biznesmen Giorgi Ramişvili həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi təsdiqləyib.
Məlumata görə, hava limanında iş adamının əl yükünə baxış zamanı odlu silah tapılıb. Daxili İşlər Nazirliyi silahın qeydiyyatda olduğunu təsdiqləsə də, onun silahı gəzdirməyə icazəsinin olmadığını bildirib.
Ramişviliyə qarşı ittihamlar təsdiqini taparsa, onu 3-6 il həbs gözləyir.
Ağarza Elçinoğlu