Roman Starovoytun intihar etdiyi yerdə Tesla Model X P100D-nin ilk fotosu yayılıb.
"Unikal" xəbər verir ki, Starovoyt bu avtomobili 2018-ci ildə Qafqaz Federal Avtomobil Yolları Administrasiyasının birinci müavini Anzor Zubkayevdən alıb. Zibkayevin sözlərinə görə, Starovoyt avtomobili həmişə müqavilə əsasında idarə edib və bu müqaviləni sistematik şəkildə uzadıb.
İnternetdə yayımlanan kadrlarda qara rəngli Teslanın dayanacaqda dayandığı görünür.
Roman Starovoytun cəsədini sevgilisi Polina K. təşhis edib. Kursk vilayətinin sakinləri onu Kursk şəhərinin “birinci xanımı” adlandırırdılar.
Qeyd edək ki, Starovoyt 2021-ci ildə həyat yoldaşından boşanıb, iki övladı var. Ən azı son bir il idi ki, məmur yerli tibb universitetinin məzunu Polina ilə münasibətdə idi. O, istefa verdikdən sonra onunla birlikdə Kursk vilayətini tərk edib.