İyulun 7-də Rio-de-Janeyroda BRİKS-in 17-ci sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Lavrov və Türkiyənin xarici işlər naziri Fidan arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mövcud beynəlxalq vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. Regionda gərginliyin azaldılmasına və mövcud münaqişələrin siyasi həllinə nail olunmasına kömək məqsədilə xarici siyasət qurumlarının gələcək əlaqələndirilməsinə qarşılıqlı sadiqlik təsdiq edilib.
Lavrov və Fidan ikitərəfli gündəliyin əsas məsələlərini, o cümlədən enerji sektorunda strateji layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Ticarət-iqtisadi əməkdaşlıq üzrə qarışıq hökumətlərarası komissiyanın 19-cu iclasının yekunları kontekstində əməkdaşlığın genişləndirilməsi perspektivləri təhlil edilib.
Bir sıra aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılıb.