“Şamaxı” komandası yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Klubdan "Unikal"a verilən məlumata görə, bölgə təmsilçisi isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. Otuz bir yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.
Xatırladaq ki, Rossi son olaraq İsveçrənin “Şaffhauzen” kollektivində çıxış edib.