Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun İstisu qəsəbəsinin yaxınlğında sərt döngədə qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini “UAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və onun sərnişinləri xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar 1980-ci il təvəllüdlü X.Quliyev, onun sərnişinləri 1988-ci il təvəllüdlü E.Həsənov və 2000-ci il təvəllüdlü V.Məmmədovdur.

Qeyd edək ki, qəzaya düşən "UAZ" Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanlar isə hərbçilərdir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov