Vətəndaşların həftəlik qəbulu cədvəlinə uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün rayon sakinlərini qəbul edib.
"Unikal" xəbər verir ki, qurumun inzibati binasında keçirilən qəbulda İcra Başçısı aparatının rəhbər heyətinin vəzifəli şəxsləri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov üzləşdikləri problem və çətinliklər bərədə məlumat verməyi xahiş edib. Növbə ilə söz alan Yasamal sakinləri məşğulluq, səhid ailələrinin mənzil təminatı, istismar müddəti bitmiş evlərin söküntüsü və kompensasiya məbləği,qəyyumluq, ticarət köşklərinin fəaliyyəti və bir sıra sosial məsələlər qaldırıblar.
İcra başçısı Elşad Həsənov iki saat davam edən qəbulda vətəndaşların problemlərinin həlli ilə baglı aparat əməkdaşlarına bir sıra göstəriş və tapşırıqlar verib.
Qaldırılan digər məsələlər isə nəzarətə götürülərək onların həll müddətləri müəyyən edilib. Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla inzibati binada və səyyar qaydada həftəlik görüş və qəbulları davam edir.