İtaliya millisinin sabiq futbolçusu Marko Veratti Qətər çempionatında qalıb.

"Unikal" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ölkənin digər təmsilçisi "Əl-Duhail"ə keçib. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

O, son olaraq "Əl-Ərəbi"də çıxış edib.

Qeyd edək ki, Marko Veratti 2021-ci ildə İtaliya yığmasının heyətində Avropa çempionu olub.