Tatarıstandakı gənc cütlüklər toy mərasimi üçün 100 min rubl məbləğində qrant ala bilərlər.

"Unikal" xəbər verir ki, bu barədə “Tatarıstan – Fürsətlər ərazisi” qeyri-kommersiya təşkilatı “VKontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Nəşr qeyd edir ki, hər biri 100 min rubl olan 80 qrantın verilməsi planlaşdırılır. Vəsaitlər təntənəli mərasimə, dekorasiyaya, rəssamlara, musiqiyə, geyimlərə və “əsl bayram ab-havasına” xərclənə bilər.

Qrant üçün 18-35 yaş arası, ən azı üç ildir rayonda yaşayan, artıq qeydiyyat şöbəsinə nikah üçün müraciət etmiş cütlüklər müraciət edə bilər.

Tatarıstanın Gənclər Nazirliyinin məlumatına görə, qrantlar Tatarıstan rəhbəri Rüstəm Minnixanovun dəstəyi ilə veriləcək.