Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək.

"Unikal" xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma təşkil olunacaq.

Bu gün, həmçinin Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın II raunddakı potensial rəqibləri olan İrlandiyanın "Şelburn" və Şimali İrlandiyanın "Linfild" komandaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

9 iyul

20:00. “Jalgiris” (Litva) – “Hamrun Spartans” (Malta)

21:30. FKSB (Rumıniya) – “İnter Eskaldes” (Andorra)

21:30. “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus)

22:45. “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya)

Qeyd edək ki, bu mərhələnin cavab oyunları iyulun 15-16-da keçiriləcək.