Bakıda saxlanılan ruslara qarşı görülən tədbirlərin adekvatlığının qiymətləndirilməsinin nəticələri barədə məlumat verilməyib.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın ombudsmanı Tatyana Moskalkova deyib.
"Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevadan operativ cavab alınıb: o, mənim yoxlama aparmaq və saxlanılan ruslara köməklik göstərmək xahişimi alıb. Lakin yoxlamanın nəticələri barədə hələ ki, məlumat yoxdur.
Vətəndaşlarımızın seçdikləri vəkillərin olması çox vacibdir. Onlara konsulluq yardımı tam şəkildə göstərilsin", - Rusiya Ombudsmanı qeyd edib.
Ağarza Elçinoğlu