Mazandaran əyalətinin Amol şəhərində keçirilən məhərrəm ayı əzadarlığı zamanı faciə baş verib.
"Unikal" "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, Kərbəla hadisələrinin göstərildiyi “şəbeh” mərasimi zamanı İmam Hüseynin atını canlandıran heyvan tamaşaçıların üzərinə sıçrayıb. Atın tamaşaçıların üstünə yıxılması nəticəsində üçü uşaq olmaqla 7 nəfər ağır xəsarət alıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Bundan əlavə, İmam Hüseyn rolunda çıxış edən aktyorun bir qolunun və bir neçə qabırğasının qırıldığı, onun da xəstəxanaya ağır vəziyyətdə çatdırıldığı qeyd olunub.
Qeyri-rəsmi məlumatlara əsasən, bu il məhərrəm ayında İranda keçirilən matəm mərasimlərində ümumilikdə 1500-dən çox insan müxtəlif səbəblərlə xəsarət alıb.