Türkiyənin Bolu şəhərində yeni mövsümə hazırlıqlarını davam etdirən “Zirə” yoxlama oyunu keçirib.

"Unikal" xəbər verir ki, ötən mövsümün gümüş mükafatçısı ilk sınağında yerli “Ankara Keçiörengücü” klubu ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə ilk oyununu iyulun 23-də evdə, cavab matçını isə iyulun 31-də səfərdə keçirəcək.