Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” bu gün I təsnifat mərhələsində ilk oyununa çıxacaq.
"Unikal" xəbər verir ki, komanda Sloveniyanın “Selye” kollektivini qəbul edəcək.
“Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
10 iyul
20:00. “Sabah” (Azərbaycan) – “Selye” (Sloveniya)
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Samat Terqeussizov, Sergey Kalaçyov
Dördüncü hakim: Saken Bayimbet
(Hakimlər briqadası Qazaxıstandandır)
VAR: Bastien Deşepi (Fransa)
VAR köməkçisi: Aidin Tassibayev (Qazaxıstan)
“Bank Respublika Arena”.