2025-2026-cı tədris ilindən işğaldan azad olunmuş ərazilərdə 10-a yaxın məktəbin fəaliyyətə başlaması gözlənilir.
"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, Xankəndi, Ağdam, Zəngilan və digər yerlərdə yeni məktəblərin açılması gözlənilir.