İngiltərə təmsilçisi “Mançester Yunayted” heyətinə gənc futbolçu cəlb edib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Fransa “Havr”ının gənclər komandasında çıxış edən 18 yaşlı hücumçu Enzo Kan-Biyikin transferini rəsmiləşdirib.

Fransalı oyunçu ilə 2030-cu ilin yayınadək müqavilə imzalanıb.

O, növbəti mövsümü icarə əsasında İsveçrənin “Lozanna” komandasında keçirəcək.