"Atletiko"nun futbolçusu Anxel Korrea klubunu dəyişib.

"Unikal" xəbər verir ki, Argentina millisinin üzvü Meksikada oynayacaq.

30 yaşlı yarımmüdafiəçi "Tiqres"lə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Korrea ilə 5 illik müqavilə imzalanıb. "Tiqres" onun transferi üçün La Liqa təmsilçisinə 8 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Anxel Korrea 2015-ci ildən "Atletiko"da çıxış edirdi.