"Xalq Bank" 24-25 iyun tarixində Bakıda “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda keçirilmiş “FINTEX SAMMIT 2025” tədbirinə sponsorluq edərək “Bank tərəfdaşı” qismində iştirak edib.
"Unikal" xəbər verir ki, regionun aparıcı maliyyə tədbirlərindən biri olan sammit çərçivəsində rəqəmsal bankçılıq, fintex layihələri, süni intellekt və kibertəhlükəsizlik kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.
Panel müzakirəsində "Xalq Bank"ın Xəzinədarlıq idarəsinin direktoru Fərəc Axundov çıxış edərək investisiya fəaliyyətində rəqəmsallaşma imkanları, innovativ texnologiyaların tətbiqi və bazar perspektivləri barədə fikirlərini bölüşüb. Spiker, həmçinin tədbir iştirakçılarına XalqOnline mobil və internet bankçılıq sistemində istifadəyə veriləcək rəqəmsal investisiya xidmətləri barədə məlumat verib və Bankın bu istiqamətdə hədəfləri ilə bağlı yenilikləri bölüşüb.
Xatırladaq ki, "Xalq Bank" Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ölkədə investisiya xidmətlərinin həyata keçirilməsinə lisenziya almış ilk bankdır. Artıq Xalq Bank müştəriləri olan fiziki və hüquqi şəxslər XalqOnline sistemi vasitəsilə investisiya imkanlarından yararlanmaqla maliyyə bazarlarına rahat və sərfəli çıxış əldə edəcəklər.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.