Ermənistanla münasibətlərin normallaşması Azərbaycan üçün yeni investisiya imkanları aça bilər.

"Unikal" xəbər verir ki, bu barədə Niderlandın ən böyük bank qrupu olan ING Group-un hesablamalarında deyilir. 

Qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi beynəlxalq investorlar tərəfindən müsbət siqnal kimi qiymətləndirilir.

Analitiklər hesab edirlər ki, bu proses davam edərsə, xarici kapital axınının artması müşahidə oluna bilər.

Ağarza Elçinoğlu