2024-cü ildə Rusiyada 1191 terror aktı qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə (2023-cü ildə 410 hadisə) demək olar ki, üç dəfə çoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatlarında bildirilir.
Terror cinayətlərinin ümumi sayı da əhəmiyyətli dərəcədə artıb - 2023-cü ildə 2382 cinayət törədilibsə, 2024-cü ildə bu rəqəm 3714-dür. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildən 2023-cü ilə qədər olan dövrdə bu rəqəm sabit qalaraq ildə 2 minə yaxın cinayət təşkil edib.
2022-ci ildən bəri terror aktlarının sayında kəskin artım qeydə alınıb. 2019-2021-ci illərdə hər il təxminən 40-50, 2022-ci ildə artıq 127, 2023-cü ildə 410, 2024-cü ildə isə mindən çox belə hadisə qeydə alınıb.
Terrorla bağlı maddələrlə məhkum olunanların sayı da artıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinə ("Terror aktı") əsasən, 2024-cü ildə 75 nəfər məhkum edilib. Eyni zamanda, əvvəlki beş ildə bu cür cəzalar hər il 14-dən 43-ə qədər dəyişirdi.