Xətai rayon ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 16 iyul 22:00-dan 17 iyul axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. 

Bu barədə "Unikal"a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. 

Bildirilib ki, 17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.