Rusiyanın Saratov şəhərində Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillər şəhər küçələrində yürüş edib.

"Unikal" xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Saratov vilayəti üzrə Baş İdarəsi TASS-a açıqlamasında bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başladılıb:

“Hazırda polis əməkdaşları tərəfindən videoda əks olunan hadisə üzrə yoxlama aparılır.”

Sosial şəbəkələrdə yayılan görüntülərdə bir neçə avtomobilin üzərində Azərbaycan bayraqları ilə Saratov küçələrində hərəkət etdiyi görünür. Kadrlardan birində sürücülərdən birinin yol hərəkəti qaydalarını pozduğu da əks olunur. Hazırda hadisənin təfərrüatları araşdırılır.