Bir qrup Gürcüstan və Moldova vətəndaşı müdafiə, təhlükəsizlik və ictimai asayiş üçün təhlükə yarandığı üçün Polşadan deportasiya edilib.

"Unikal" xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat katibi Adam Szlapka bildirib.

Onun sözlərinə görə, sərhədçilər 40 əcnəbi vətəndaşın deportasiyası üzrə əməliyyat təşkil ediblər. Radomdan havaya qalxan təyyarənin göyərtəsində 27 Gürcüstan və 13 Moldova vətəndaşı məcburən Polşadan yola salınıb.

Szlapka əlavə edib ki, ilin əvvəlindən 4,6 mindən çox əcnəbi ölkədən deportasiya edilib.

Mətbuat katibi vurğulayıb ki, Polşadan deportasiya edilən gürcülər arasında 20 nəfər, Moldova vətəndaşlarından 9 nəfər “müdafiə, dövlət təhlükəsizliyi və ya ictimai asayiş üçün təhdid səbəbindən” öz ölkəsinə məcburi qayıtmalı olublar.