Rusiya Ermənistanın müxtəlif istiqamətlərdə tarazlıq yaratmaq istəyini görür və onun Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasını izləyir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Biz görürük ki, İrəvan son bir neçə ildə müxtəlif istiqamətlərdə tarazlıq əldə etməyə çalışır, görək Aİ ilə yaxınlaşma nə gətirəcək”, - Kreml nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Moskva İrəvanla maksimum qarşılıqlı əlaqədə maraqlıdır. Peskov qeyd edib ki, ölkələri sıx ikitərəfli münasibətlər birləşdirir.