Xəbər verdiyimiz kimi, Yuliya Sviridenkonun Ukraynanın Baş naziri təyin edilib.  O, Ukraynanın 19-cu baş naziri və postda vəzifə tutan ikinci qadın olub.

"Unikal" xəbər verir ki, Sviridenko 1985-ci il dekabrın 25-də Çerniqov şəhərində anadan olub. 2015-ci ildən Çerniqov Vilayət Dövlət Administrasiyasında rəhbər vəzifələrdə çalışıb: İqtisadi İnkişaf Departamentinə rəhbərlik edib, Çerniqov Vilayət Dövlət Administrasiyası rəhbərinin birinci müavini vəzifəsini tutub, 2018-ci ilin iyul ayından dekabr ayına qədər isə Regional Dövlət Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.

2019-2020-ci illərdə İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı nazirinin birinci müavini olub.

Ukrayna prezidentinin 22 dekabr 2020-ci il tarixli sərəncamı ilə o, Prezident Aparatı rəhbərinin müavini təyin edilib. 2021-ci il noyabrın 4-də Ali Rada Yuliya Sviridenkonu baş nazirin birinci müavini - iqtisadiyyat naziri təyin edib.

Yeni Baş nazir iş adamı Sergey Derlemenko ilə evlidir. Cütlüyün Sofiya adlı bir qızı var.

Qeyd edək ki, Ukrayna Respublikasının 14-cü və  ilk qadın Baş naziri (2007 –2010) Yuliya Timoşenko olub.  

Gülayə Mecid

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko axtarışa verilib - AzPost.info Fotoda Y. Timoşenko