Sosial şəbəkələrdə yayılan bir görüntü istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.
"Unikal" xəbər verir ki, kadrlarda bir televiziya müxbirinin sel bölgəsindəki vəziyyəti birbaşa sel sularının içindən izləyicilərə çatdırdığı iddia edilir.
Görüntü, “Jurnalistikaya yeni bir nəfəs verən bu müxbirə hansı mükafatı təklif edərdiniz?” qeydi ilə paylaşılıb və sürətlə viral olub. Lakin izləyicilər arasında görüntünün həqiqətənmi Pakistanda baş verən son sel fəlakəti zamanı çəkildiyi, yoxsa süni intellekt vasitəsilə hazırlanmış montaj olub-olmadığı barədə fikir ayrılığı yaranıb.
Hazırda görüntünün mənşəyi və orijinallığı ilə bağlı müzakirələr davam edir.
Seymur Əli