ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzadakı katolik kilsəsinə 3 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra İsrailin baş naziri Benyamin Netanyahuya zəng edib.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə deyib.
Danışıqlar zamanı Netanyahu zərbənin səhvən endirildiyini edən bəyanat yaymağa razılaşıb.
Livitt Trampın İsrailin hücumuna necə reaksiya verdiyini soruşduqda, "Bu, müsbət reaksiya deyildi" cavabını verib.
QQeyd edək ki, kilsəyə hücum zamanı 3 nəfərin öldüyü bildirilir.