Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Kəngərli rayonunun Qıvraq qəsəbəsində "Megan" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, dərhal Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülərək qarşısı alınıb.
Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi və ön şinləri yanıb.