İyulun 19-dan 20-nə keçən gecə Yeni Orleanda "Smoothie King Center" arenasında UFC 318 turniri keçirilib.  

"Unikal" xəbər verir ki, gecənin əsas döyüşündə Maks Hollouey Dastin Porye ilə üz-üzə gəlib.  Hakimlərin yekdil qərarı ilə Hollouey qələbə qazanıb. Beləliklə, o, BMF titulunu qoruyub.  Bu, 36 yaşlı Poryenin son peşəkar döyüşü olub. O, UFC karyerası boyunca 30 qələbə qazanıb, 10 məğlubiyyət acısı dad. Porye yüngül çəki dərəcəsində çempionu olmağa da imkan tapıb.