Samuxda kişini ilan sancıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1998-ci il təvəllüdlü E.Abbasov həyətdə işləyərkən onu ilan sancıb. Xəstə dərhal xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Tural Əhmədov