Azərbaycanın strateji valyuta ehtiyatları 77,7 milyard ABŞ dollarına çatıb.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu, ilin əvvəli ilə müqayisədə 9,4 % çoxdur.
"Bu isə 6 ayda 6,7 milyard ABŞ dolları artım deməkdir. Strateji valyuta ehtiyatlarımız 3 illik idxalı maliyyələşdirməyə kifayət edir", - deyə baş bankir əlavə edib.