Artıq Rusiyada yaşayan Belarus vətəndaşları yerli hakimiyyət orqanlarına seçkilərdə iştirak edə bilərlər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qərar verib.
Yeniliyə əsasən, Rusiyada daimi qeydiyyatda olan Belarus vətəndaşları yerli özünüidarə orqanlarına həm səs vermək, həm də seçilmək imkanı əldə edirlər. Öz növbəsində, Rusiya Federasiyasının vətəndaşları Belarus ərazisində oxşar hüquqlar əldə edəcəklər.
Gülayə Mecid