Ekvadorlu müdafiəçi Pervis Estupinyan İngiltərənin "Brayton" klubundan İtaliya təmsilçisi "Milan"a keçib.

"Unikal" xəbər verir ki, bu barədə "Milan"ın rəsmi saytı məlumat yayıb.

Ekvadorlu futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.

2022-ci ilin yayında "Brayton"a keçən Estupinyan 104 oyunda 5 qol vurub. Ekvador millisinin heyətində isə 48 matçda 4 qolla yadda qalıb.