İslam İnqilabı Keşikçiləri Korpusunun mənbələri İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində əməliyyat bölüyü komandirinin həlak olması barədə məlumat yayıb.

"Unikal" xəbər verir ki, məlumata görə, əsgər İsraillə İran arasında 12 günlük müharibə zamanı aldığı ağır xəsarətlərdən sonra bu gün xəstəxanada dünyasını dəyişib.