Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Naxçıvan reysi üzrə sərnişin daşımaları davam edir.

"Unikal" xəbər verir ki, Vətəndaşlar biletləri BBAK-ın kassalarından və Biletim.az portalı üzərindən onlayn şəkildə əldə edə bilərlər.

Təyin olunmuş qrafik üzrə reyslər haqqında məlumatları Biletim.az portalının 1181 və BBAK-ın 1414 nömrəli telefonlarına zəng etməklə əldə etmək mümkündür.