Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Kilis kəməri ilə Suriyaya nəqlinə bu il avqustun 1-dən başlanılacaq.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənədə uyğun olaraq təbii qazın nəqlinə hazırlıq işləri yekunlaşıb.
Bu layihə Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına töhfə vermək və Türkiyənin regional enerji mərkəzi olmaq məqsədini gücləndirmək məqsədi daşıyır.
Birinci mərhələdə Suriyaya hər il 1,2 milyard kubmetr təbii qazın göndərilməsi planlaşdırılır. Qaz Türkiyə ilə sərhəddə yerləşən Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və burada elektrik enerjisi istehsal olunacaq. Bunun sayəsində təxminən 1200-1300 meqavatlıq istehsal gücünün yaradılması nəzərdə tutulur.